Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:02

İnternetdə uşaq pornoqrafiyası artır


İllüstrativ foto
İllüstrativ foto

Ötən il internetdə uşaqlarla bağlı cinsi təhrik aşılayan saytların sayı 78 min 589-a çatıb. 2016-cı ildə bu rəqəm 57 min 335 idi. Bunu İnternetə Nəzarət Fondu (Internet Watch Foundation) illik hesabatında bildirir.

Hesabat narahatlıq yaradan amil kimi uşaqların zorlanması və cinsi istismara məruz qalmasına dair kontentin 5% yüksəldiyini bildirir. Bu o deməkdir ki, uşaqlara cinsi təhrik aşılayan təsvirlərin 33%-nin aşırı səviyyədə olduğu müəyyənləşdirilib.

***Buna da bax: Hər 3 internet istifadəçisindən biri uşaqdır

Üstəlik, bu kontentin üçdə biri də selfi xarakterlidir, yəni uşaqların özləri tərəfindən çəkilir.

BÖYÜKLƏRİN YOLUYLA

“The Telegraph” qəzeti hesabata istinadla yazır ki, getdikcə daha çox uşaq özünü çılpaq vəziyyətdə çəkir və bunu yayır. Sonucda bu təsvirlər böyüklərə aid pornoqrafiya saytlarında peyda olur, yaxud da pedofillər tərəfindən paylaşılır.

2017-ci ilin yanvarında uşaqların “özü tərəfindən yaradılmış” kontent sayı 349 olub, bir il sonra bu rəqəm 1717-yə qalxıb, yəni 6 faizdən 26 faizə yüksəlib.

“11-15 yaşlıların vebkameralar vasitəsilə özlərinin yaratdığı kontent artır və onlayn paylaşılır. Bunun gənclər üçün ciddi fəsadları ola bilər və bu tendensiyanı çox ciddi sayırıq”, – hesabatda deyilir.

Ekspertlər 11-15 yaşlıların çılpaq selfilər paylaşan tanınmışlardan örnək götürdüklərini deyirlər. Məsələn, amerikan selebriti Kim Kardashian-a bənzəməyə çalışan uşaqların internetə çılpaq fotolarını yerləşdirdiyi bildirilir.

Fondun direktor müavini Fred Langford deyib ki, uşaqlar gələcəkdə bənzəmək istədikləri idollarının yoluyla getməyə çalışırlar, onlara bunu etməmək deyilsə də, qulaqardına vururlar.

“Onlara ‘qəhrəmanların kimi hərəkət eləmə’ demək çox çətindir. Yetkin yaşlılar arasında bunun normallaşması uşaqlarda əksini tapır”, – o, “Daily Telegraph”a söyləyib.

***Buna da bax: Uşaqlarınızın şəkillərini Facebook-da paylaşmazdan əvvəl nəyi düşünməlisiniz?

Üstəlik, hazırda mobil qurğularda kameraların açıq saxlanması və digər funksiyalar təsvirlərin paylaşılmasını, avtomatik yüksələnməsini də asanlaşdırır.

Hesabatda o da vurğulanır ki, uşaqbazlar getdikcə texnoloji savadlarını artırırlar, bəzi təsvirləri saytlarda gizlədirlər, onlara xüsusi yola gedib çıxmaq olur.

“Bu da qanunsuz təsvirlərin müəyyənləşdirilməsini və təhqiq olunmasını çətinləşdirir”, - sənəd müəllifləri qeyd edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG