Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Şimal küləyi, yağış, dolu və qar gözlənir


Yağış

Aprelin 20-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı bildirilir. Mülayim cənub-qərb küləyinin əsəcəyi, gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 7-10, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq.

Aprelin 20-də Azərbaycanın qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı açıqlanıb. Üstəlik, dağlıq ərazilərdə qar yağacağı vurğulanır. Gecə 5-10, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-9 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, aprelin 20-dən 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə yağıntının qara keçəcəyi gözlənir. Havanın temperaturunun tədricən 4-8 dərəcə aşağı enəcəyi, çaylarda sululuğun artacağı ehtimal olunur.

Multimedia

XS
SM
MD
LG