Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:04

Varşava Ghetto qiyamının 75 illiyidir


Nasistlər yəhudi fəhlələri yoxlayır, aprel, 1943-cü il

Aprelin 19-da Varşava Ghetto qiyamının 75 illiyini qeyd etmək üçün anım mərasimləri keçirilir. O zaman minlərlə gənc yəhudi 2-ci dünya müharibəsində nasist qüvvələri ilə savaşmaqdan ötrü silaha sarılmışdı.

Qiyam 1943-cü il aprelin 19-da başlanıb, 750-dək yəhudi döyüşçü tapança və digər yüngül silahlarla sayları üç dəfə artıq alman qüvvələrinə hücum edib.

Çoxları son söz yazıb qoymuşdular, sağ çıxmayacaqlarını bildiklərini, istədikləri zamanda və məkanda ölmək istədiklərini yazırdılar, Treblinka ölüm düşərgəsində deyil. 300 mindən çox varşavalı yəhudi artıq həmin düşərgəyə göndərilmişdi.

Almanlar qiyamı yatırdanda yalnız onlarla döyüşçü sağ qalmışdı. Onların çoxu artıq dünyasını dəyişib, ya da anım tədbirlərinə getmək gücündə deyil.

Polşa prezidenti Andrzej Duda səhər yəhudi qəbiristanlığına gedəcək, daha sonra Ghetto Qəhrəmanlarının Xatirə Abidəsində rəsmi tədbirə qatılacaq.

Bu arada Polşayla İsrail arasında Varşavanın yeni Holokost qanunuyla bağlı gərginlik yaşanmaqdadır. Qanun ötən ay qüvvəyə minib, İsrailin, yəhudi qurumlarının, digərlərinin sərt tənqidinə səbəb olub.

Qanunvericilik nasist cinayətlərinin Polşa dövləti ilə əlaqələndirilməsi üçün cərimə, ya da həbs müddəti nəzərdə tutur. Polşa hökumət rəsmiləri deyirlər ki, qanunun məqsədi ölkəni nasistlərlə əməkdaşlığa dair saxta ittihamlardan qorumaqdır.

Polşa 2-ci dünya müharibəsi vaxtı nasist Almaniyası tərəfindən işğal olunub. O zaman təxminən yarısı yəhudi olmaqla 6 milyonadək polşalı öldürülüb.

XS
SM
MD
LG