Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 06:18

Pussy Riot üzvünə icbari iş kəsilib


Maria Alyokhina, arxiv fotosu

Rusiyada tanınmış Pussy Riot pank-qrupunun aparıcı üzvü Maria Alyokhina 100 saatlıq icbari işə məhkum edilib. Moskvada məhkəmə bu cəzanı Rusiyada Telegram messencerinin qadağan olunmasına etiraza görə kəsib.

Məhkəmə qərarı aprelin 18-də çıxarıb. İki gün öncə Alyokhina və digər fəallar Federal Təhlükəsizlik Xidmətinin (FSB) Moskvadakı qərargahına müxtəlif rənglərdə olan kağız təyyarələr atıblar.

Fəallara ictimai toplantı qaydalarına pozmaqla bağlı ittiham irəli sürülüb.

Kağız təyyarə Telegram-ın loqosudur.

Alyokhina və daha 11 fəal hadisə yerində saxlanıblar. Saxlananlardan bəziləri cərimələnib buraxılsa da, bəziləri məhkəməni gözləyirdi.

Aprelin 16-dan Rusiyanın media tənzimləyicisi olan Roskomnadzor Telegram-ı bloklamağa başlayıb. Bu addım prezident Vladimir Putin-in daha altı ilik hakimiyyəti dövründə narazıların özünüifadə məkanlarını daha da qapadacağı sarıdan əndişələri artırıb.

Pussy Riot 2012-ci ildə məşhurlaşıb. O zaman Alyokhina və daha iki qadın “dini nifrətdən motivasiya almış xuliqanlıq”da təqsirli biliniblər. Belə ki, qrup üzvləri Moskvada Xilaskar İsa kilsəsinə girərək Putin-ə qarşı “dua” oxuyublar. O zaman Putin baş nazir idi və prezidentlik postuna qayıtmaqdan ötrü kampaniya aparırdı.

Alyokhina və qrupun digər üzvü Nadezhda Tolokonnikova 2013-cü ilin dekabrında amnistiya ilə azadlığa buraxılıblar. Ancaq özləri bu amnistiyanı 2014-cü il Soçi Qış Olimpiadası öncəsi Putin-in imicini yaxşılaşdırmaq cəhdi adlandırıblar.

XS
SM
MD
LG