Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Macron-dan Avropaya “avtoritarizm” xəbərdarlığı


Emmanuel Macron çıxışından öncə
Emmanuel Macron çıxışından öncə

Bu gün – aprelin 17-də Fransa prezidenti Emmanuel Macron Avropanı bütün dünyada, eləcə də Avropa Birliyində “avtoritarizm” meyllərinə qarşı xəbərdarlıq edib.

Avropa Parlamentində ilk çıxışında Macron deyib ki, “Avropada vətəndaş müharibəsi” tipli proses gedir. Onun sözlərinə görə, “qeyri-liberallara bir vurğunluq var və bu, daim artmaqdadır”.

Lunatiklər nəslinə, öz keçmişimi unudanların nəslinə aid olmaq istəmirəm”, – 40 yaşlı prezident AB-nin gələcəyinə dair çıxışında deyib.

“BUNDAN ÖTRÜ SAVAŞMIŞIQ”

Avropanın gələcəyini müdafiə edəcək nəslə aid olmaq istəyirəm, çünki bunu əldə etməkdən ötrü savaşmışıq. Avtoritarizmin hər hansı formada oturuşmasına təslim olmayacağam”, – o, sözlərinə əlavə edib.

Son həftələr Macarıstan və İtaliyada seçkilərdə populist partiyalar qələbə qazanıblar. Bu arada Brüssel hüququn aliliyi ilə bağlı Polşanın sağ qanad hökumətiylə mübarizə aparır.

Macron ötən il seçkidə ifrat sağçı Marine Le Pen-i məğlub edib. Bu, Brexit-dən (Britaniyanın AB-dən çıxması) sonrakı AB-də populizmə dirəniş göstərildiyi bir dönəmə təsadüf edir.

Macron bu həftə Berlinə də gedəcək, kansler Angela Merkel-lə danışıqlar aparacaq. Macron avrozonanın gələcəyi ilə bağlı planlarına dəstək qazanmaq istəyir.

Fransa prezidenti çıxışında qaçqınları qəbul edən icmalar üçün Avropa fondu təsis etmək təklifini də irəli sürüb. Qaçqınlar AB-nin siyasi baxımdan ən “zəhərli” problemlərindən sayılır.

Qaçqınları alqışlayan və inteqrasiya edən yerli icmalara birbaşa maliyyə dəstəyi verən Avropa proqramı yaratmağı təklif edirəm”, – Macron deyib.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Macron-un çıxışını alqışlayaraq deyib ki, “əsl Fransa qayıdır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG