Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:45

MN: Ermənistana məxsus kvadrokopter vurulub


Kvadrokopter

Aprelin 17-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterin vurulduğu açıqlanıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter aşkar edilib. Onun vurulduğu vurğulanıb.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər. Bəzən pilotsuz uçuş aparatlarının (PUA) vurulması ilə də bağlı məlumatlar yayılır.

Kvadrokopter PUA-lardan fərqlənir. Kvadrokopterlərdən gündəlik həyatda və biznes mühitində də istifadə olunur. Uçan aparatlar vasitəsilə əsasən klip, şəhər görüntüləri və başqa çəkilişlər həyata keçirilir. Onlar təyyarə və delta qanad tipli PUA-lardan fərqli olaraq, havada bir nöqtədə asılı qalaraq ərazinin müşahidəsini apara bilirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG