Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:40

Kimyəvi silah müfəttişləri Dumaya gedirlər


Rusiya hərbçiləri Dumada, 16 aprel, 2018-ci il

Rusiya rəsmiləri beynəlxalq kimyəvi silah ekspertlərinin sabah – aprelin 18-də Suriyanın Duma şəhərinə gedəcəyini açıqlayıb. Onlar şübhəli qaz hücumunun baş verdiyi ərazini təftiş edəcəklər. Bu arada Birləşmiş Ştatlar Rusiyanın ərazidəki sübut-dəlili artıq “ört-basdır” etməsindən narahatdır.

Kimyəvi silahlara qlobal nəzarət təşkilatının rəhbəri aprelin 16-da bildirib ki, müfəttişlər hələlik, əraziyə çıxış əldə etməyiblər. Məlumatı Kimyəvi Silahların Qadağanı Təşkilatının (OPCW) baş direktoru Ahmet Uzumcu vermişdi.

Rusiyanın radioloji, bioloji və kimyəvi qoruma birliyinin rəhbəri Igor Kirillov mediaya deyib ki, Dumaya gedən yollar minalardan təmizlənməldir və aprelin 17-də BMT-nin təhlükəsizlik xidmətləri tərəfindən yoxlanmalıdır.

Aprelin 7-də Dumada şübhəli qaz hücumunda 43 nəfərin yüksək zəhərlənmə simptomlarından dünyasını dəyişdiyi bildirilir.

Bu hücuma cavab olaraq ABŞ, Britaniya və Fransa aprelin 14-də Suriyada hökumət obyektlərini vurub.

Suriya hökuməti indiyədək ölkədə kimyəvi silah hücumlarında əli olmadığını bildirib.

XS
SM
MD
LG