Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:46

New York Times, Washington Post Pulitzer mükafatı alıblar


The New York Times ötən il 3 Pulitzer almışdı. Qəzetin icraedici redaktoru Dean Baquet mükafatları elan edir

“The New York Times” və “The Washington Post” qəzetləri Pulitzer mükafatı alıblar. Onlar bu mükafata Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsi, Rusiyayla prezident Donald Trump-ın həmkarları arasında mümkün əlaqələrlə bağlı gördükləri xəbərləmə işinə görə layiq görülüblər.

ABŞ-da ən nüfuzlu jurnalistika mükafatının qalibləri aprelin 16-da Nyu Yorkda Kolumbiya Universitetində açıqlanıb.

Pulitzer-in idarə heyəti bildirib ki, hər iki qəzet “dərin mənbələrə əsaslanan xəbərləmə işinə görə” bu mükafata layiq görülüb.

Məlumatda bildirilir ki, qəzetlər “Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsini, onun Trump-ın kampaniyasına bağlılığını ölkənin dərk etməsinə böyük təsir göstərib”.

Prezident Trump xüsusi prokuror Robert Mueller-in apardığı “Rusiya istintaqı”nı “əcinnə ovu” adlandırıb, Moskvayla seçki kampaniyasının hər hansı bağlılığını təkzib edib. Prezident medianın bu haqda yazdıqlarını isə “saxta xəbərlər” adlandırıb.

XS
SM
MD
LG