Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:36

Barbara Bush-un səhhəti pisləşir


Barbara Bush, arxiv fotosu

Birləşmiş Ştatların keçmiş birinci ledisi Barbara Bush-un “səhhəti pisləşir” və daha əlavə tibbi müalicə almayacaq. Bunu ailənin sözçüsü deyib.

Dəfələrlə xəstəxanada yatandan, ailəsi və həkimlərlə məsləhətləşəndən sonra 92 yaşlı xanım Bush əlavə müalicə götürməmək qərarına gəlib, əvəzində simptomatik terapiyaya diqqət ayrılacaq”, – Jim McGrath aprelin 15-də deyib.

Barbara Bush 1989-93-cü illərdə prezident olmuş George Bush-un həyat yoldaşı, 2001-2009-cu illərdə prezidentlik postunu tutmuş George W. Bush-un anasıdır.

Onu çox sevdiyi ailəsi əhatələyib, çoxsaylı mehriban mesajları, özəlliklə də aldığı duaları dəyərləndirir”, – McGrath deyib.

O, xanım Bush-un səhhətində hansı problemlərin olduğunu açıqlamayıb. Ancaq ABŞ mediası onun ürək çatışmazlığından, xroniki ağciyər xəstəliyindən əziyyət çəkdiyini yazıb.

Xanım Bush 2017-ci ilin yanvarında bronxit müalicəsi alıb, 2009-cu ildə ürək əməliyyatı keçirib.

Barbara və George Bush-un altı uşağı var və 1945-cil ildən evlidirlər. Bu, Amerika tarixində ən uzunömürlü prezident cütlüyü sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG