Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:01

Putin Suriyaya görə dünyada “xaos” yarana biləcəyini deyir


Krımda Qərbin Suriyaya zərbələrinə etiraz aksiyası, 15 aprel, 2018-ci il
Krımda Qərbin Suriyaya zərbələrinə etiraz aksiyası, 15 aprel, 2018-ci il

Qərb Suriyanı yenə vurarsa, dünyada xaos yaranar. Belə bir xəbərdarlıqla Rusiya prezidenti Vladimir Putin bazar günü çıxış edib. Bu arada Vaşinqtonun Rusiyaya yeni iqtisadi sanksiyalar qoyacağı xəbəri yayılıb.

“BELƏ HƏRƏKƏTLƏR DAVAM EDƏRSƏ...”

“Reuters” agentliyi yazır ki, Putin iranlı həmkarı Hassan Rouhani ilə telefonla danışıb. Tərəflərin fikrincə, Qərbin zərbələri Suriyada yeddi ildir davam edən vətəndaş müharibəsinin siyasi həlli imkanlarına zərbə vurub.

Vladimir Putin xüsusilə vurğulayıb ki, əgər BMT Xartiyasına zidd olaraq belə hərəkətlər davam edərsə, bu, beynəlxalq münasibətlərdə xaosla nəticələnər”, – Kremlin bəyanatında deyilir.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley isə CBS televiziyasına bildirib ki, bazar ertəsi Birləşmiş Ştatlar bəzi şirkətlərə yeni iqtisadi sanksiyaları açıqlayacaq. Söhbət Suriya prezidenti Bashar al-Assad-ın istifadə etdiyi iddia olunan kimyəvi silahlarla bağlı “avadanlıqla əlaqəsi olan” şirkətlərdən gedir.

***Buna da bax: ABŞ Moskva üzərinə Suriyaya görə yeni sanksiyalar elan edəcək

Şənbə günü Birləşmiş Ştatlar, Fransa və Britaniya Suriyaya 105 raket atıblar. Pentaqon aprelin 7-də Dumada şübhəli zəhər qaz hücumuna cavab olaraq Suriyada üç kimyəvi silah obyektinin hədəfə alındığını bildirib.

“MÖVQE DƏYİŞMƏYİB”

Bu arada Ağ ev ABŞ-ın Suriyadakı missiyasının dəyişmədiyini, Amerika əsgərlərini “mümkün qədər tez” buradan çıxarmaq istədiklərini bildirib.

Suriyaya raket zərbələri ABŞ-ın Suriya müharibəsində iştirakının dərinləşməsinin əlaməti sayılırdı. Ancaq Ağ evin mətbuat katibi Sarah Sanders bəyanatında deyib ki, Trump “Suriyadakı qüvvələrin mümkün qədər tez ölkəyə qayıtmasıyla bağlı aydın mövqeyini bildirib”.

“İslam Dövləti ekstremist qruplaşmasını tamamilə məhv etməkdə, onun qayıtmasını əngəlləyəcək şərait yaratmaqda qətiyyətliyik”, – sözçü deyib.

Daha öncə Nikki Haley Birləşmiş Ştatların indilik Suriyadakı əsgərləri çıxarmayacağını demişdi.

***Buna da bax: Türkiyə raket zərbələrini dəstəkləyir

Ağ evin bəyanatından bir neçə saat öncə Fransa prezidenti Emmanuel Macron deyib ki, Trump-ı Suriyada “uzunmüddətli” qalmağa inandırıblar.

On gün qabaq prezident Trump Suriyadan çıxmaq istəyirdi. Onu qalmağa inandırdıq”, – Macron deyib.

O əlavə edib ki, Fransa Suriyayla bağlı diplomatik təşəbbüs başlatmaq, Qərb ölkələrini, Rusiya və Türkiyəni də cəlb etmək istəyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG