Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 06:53

Djukanovic seçkinin qalibidir


Milo Djukanovic-in qələbəsi bayram edilir

Monteneqroda aprelin 15-də keçirilən prezident seçkisində Milo Djukanovic-in qalib gəldiyi elan olunub. İlkin nəticələr seçkinin ikinci turunun olmayacağını göstərib. Altı dəfə baş nazir olmuş, hazırkı prezident Djukanovic deyib ki, onun qələbəsi “Monteneqronun Avropayla gələcəyindən ötrü daha bir vacib qələbədir”.

Beynəlxalq xəbər agentlikləri müstəqil rəy sorğu mərkəzinə istinadla yazırlar ki, Djukanovic səslərin 54, əsas rəqibi Mladen Bojanic isə 33 faizini toplayıb.

Bojanic məğlubiyyətini qəbul edib, deyib ki, “Monteneqro seçdiyini seçib”. Ancaq onu da əlavə edib ki, Djukanovic-in qələbəsi “şantaj və təzyiq”in nəticəsidir, o, “Monteneqronu Djukanovic-dən və onun diktatorluğundan azad etmək uğrunda savaşacaq”.

15 aprel səsverməsi ölkənin Qərb kursunu saxlayacağı, yaxud Rusiyanın orbitinə yuvarlanacağı baxımından həlledici sayılırdı.

XS
SM
MD
LG