Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:09

Ərəb Liqası sammitində İranı pisləyiblər


Ərəb Liqası, arxiv fotosu

Ərəb Liqası sammitində Suriyada kimyəvi silahlardan “kriminal” istifadənin beynəlxalq miqyasda araşdırılması istənilib. Liqa İranın ərəb ölkələrinin işlərinə “müdaxilə”sini pisləyib.

Sammit Səudiyyə Ərəbistanında keçirilib. Bundan bir gün öncə Birləşmiş Ştatlar Fransa və Britaniyayla birlikdə Suriyaya hava zərbələri endirib. Bunun ötən həftə onlarla adamın ölümüylə sonuclanmış şübhəli kimyəvi hücuma cavab olaraq gerçəkləşdirildiyi bildirilib.

Ərəb liqasının qəbul etdiyi bəyanatda İrana beynəlxalq sanksiyalar istənilir, onun Suriya və Yəməndəki “yaraqlılar”ını geri çəkməsi tələb olunur.

İran Suriyada prezident Bashar al-Assad-ı dəstəkləyir, hökumət qüvvələri ilə birlikdə savaşmağa şiə yaraqlıları göndərib. Yəməndə isə İranın dəstəklədiyi şiə husi yaraqlılar ölkənin böyük ərazilərini tutub.

İran dövlət mediası Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Qasemi-yə istinadla yazıb ki, Ərəb Liqası bəyanatı Tehranın regiondakı rəqibi olan Səudiyyə Ərəbistanının təzyiqilə qəbul edib.

XS
SM
MD
LG