Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 20:42

Zaqatalada 200 evin həyətini su basıb


Xəstəxanada işığa qənaət
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Xəstəxanada işığa qənaət

Aprelin 14-də gecə saatlarından başlayan və 15-i davam edən yağışın Zaqatala rayonunda bir sıra fəsadlar doğurduğu bildirilir.

Rayon sakini Saleh Soltanov AzadliqRadiosuna bildirib ki, bütün gecəni leysan yağıb.

“Tala çayının suyunun artmasıyla aşağı kəndləri su basıb. Hazırda Binələr, Muğanlı, Üçüztala kəndlərinə getmək olmur.Bu kəndlər Alazan vadisində olan kəndlərdir. Tala çayı Alazan vadisinə tökülür və adları çəkilən kəndlərdən keçir. Ona görə həmin kəndləri su basması təbiidir”

Saleh Soltanov hazırda rayona elektrik enerjisinin fasiələrlə verildiyini söyləyib.

APA agentliyinin xəbərinə görə isə, daha çox ziyan Mazıx kəndinə dəyib.

Xəbərdə bildirilir ki, 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15-ə yaxın evin birinci mərtəbəsinə su dolub, xeyli sayda ev quşu tələf olub. Sakinlərdən birinin“VAZ 2106” markalı maşınını sel aparıb.

Multimedia

XS
SM
MD
LG