Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:55

Helsinki Komissiyası seçkiləri tənqid edib


11 aprel seçkisi

ABŞ-ın Helsinki Komissiyası Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı rəy açıqlayıb. Komissiyanın seçkilərlə bağlı qısa rəyi qurumun Twitter hesabından yayılıb.

«Azərbaycanda prezident seçkiləri azad seçim, azad media olmadan və 100-dən çox siyasi məhbusun azad edilmədiyi şəraitdə keçirilib», - komissiya qeyd edib.

Komissiya beynəlxalq qurumların seçkini müşahidəsinə imkan yaradıldığını, ancaq bunun yetərli olmadığını ifadə edib.

«ATƏT müşahidəçilərinin iştirakına icazə verilib. Amma real demokratiya Azərbaycan prezidentindən öhdəliklərinə hörmət etməyi tələb edir», – Helsinki Komissiyası vurğulayıb.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Azərbaycanda bu prezident seçkisi hazırkı dövlət başçısı İ.Əliyevin istəyindən asılı olaraq 6 ay önə çəkilib.

Hələ seçki günü gecə, Mərkəzi Seçki Komissiyası (MSK) bildirmişdi ki, artıq səslərin 90 faizindən çox sayılıb. Sayılan bülletenlərə əsasən, hazırkı dövlət başçısı İ.Əliyev 86 faizlə liderdir. Qalan 7 namizədin 0.75 faizdən 3.11 faizə kimi səs topladığı bildirilib.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisini boykot ediblər. Onlar seçkinin nəticəsini tanımadıqlarını açıqlayıblar.

Hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası isə seçkilərin azad və ədalətli keçirildiyini bildirib.

ATƏT DTİHB-nin müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı hesabatda isə Azərbaycandakı seçkilərin hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG