Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 23:31

AB səfirinin Moskvaya qayıtdığı bildirilir


Rusiya prezidenti Vladimir Putin (sağda) və Markus Florian Ederer, oktyabr, 2017-ci il

Avropa Birliyinin Rusiyadakı səfiri Moskvaya qayıdıb. Bunu AzadlıqRadiosu-na AB-dəki iki mənbə deyib. Səfir təxminən üç həftə öncə geri çağrılmışdı.

Açıq danışmaq səlahiyyəti olmadığından anonimlik şərtilə danışan yüksək səviyyəli mənbələr bildiriblər ki, səfir Markus Ederer aprelin 12-də Moskvaya qayıdıb.

AB informasiyanı təsdiqləməyib.

Britaniyada rusiyalı keçmiş casus Sergei Skripal və qızı Yulia martın 4-də sinir qazıyla zəhərlənəndən sonra Qərblə Rusiyanın münasibətləri gərginləşib. Ederer bundan sonra geri çağırılıb.

Səfirin AB liderlərinin xahişiylə, məsləhətləşmələr üçün geri çağırıldığı bildirilib.

Qərb Rusiyanı həmin zəhərlənmə insidentinə görə məsul tutub və 150 rusiyalı diplomatı qovmaqla ona reaksiya verib. Moskva da buna qarşı oxşar addım atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG