Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:30

Bavariya Real Madridlə qarşılaşacaq


Püşkatma mərasimi

Çempionlar Liqasının yarımfinalında Real Madrid-lə Bavariya (Almaniya) qarşı-qarşıya gələcək. Bu iki komanda üst-üstə 17 Avropa titulu qazansalar da, heç vaxt finalda görüşməyiblər.

Bu, onların 63 illik yarışma tarixində yarımfinalda yeddinci görüşüdür.

Yarımfinalın digər oyununda isə Liverpulla Roma qarşılaşacaq. Onlar daha öncə finalda 1984-cü ildə üzləşiblər.

O zaman İngiltərə komandası İtaliya klubunu öz torpağında məğlub etmişdi.

İlk oyunlar 24-25 aprel tarixlərində, cavab görüşləri 1-2 mayda olacaq.

Final qarşılaşması mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə Olimpiya Stadionunda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG