Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:42

Rusiyanın xahişiylə Suriyaya görə yığışacaqlar


Suriyada Rusiya hərbi polisi

Aprelin 13-də BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın xahişiylə fövqəladə iclas keçirəcək. Məqsəd Birləşmiş Ştatlar və müttəfiqlərinin Suriyaya mümkün hava zərbələrindən dolayı “beynəlxalq sülhə təhdid”i müzakirə etməkdir.

Əsas prioritet müharibə təhlükəsini önləməkdir”, – Rusiyanın BMT-dəki səfiri Vasily Nebenzya deyib. O, Qərbin mümkün hava zərbələrinin daha geniş münaqişəyə çevrilə biləcəyini istisna etməyib.

Rusiyanın Suriyada minlərlə hərbçisi və hərbi müşaviri, eləcə də Hmeymim hava bazasında onlarla təyyarəsi, Suriyanın Aralıq dənizi sahillərində 10-15 hərbi gəmisi var.

ABŞ prezidenti Donald Trump aprelin 12-də deyib ki, Suriya “tezliklə də vurula bilər, vurulmaya da”. O, bir gün öncə Rusiyanı zərbələrə hazır olmağa çağırmışdı.

XS
SM
MD
LG