Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

ATƏT-in seçki hesabatından narazılar, razılar-Media icmalı


11 aprel seçkiləri
11 aprel seçkiləri

Azərbaycanda növbədənkənar prezident seçkisi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) bu seçkiyə dair ilkin hesabatı, ölkəyə idxal edilən malların həcminin artması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Azərbaycana qərəz»

«Azərbaycan» qəzetində «ATƏT-in qərəzli hesabatına böyük etiraz» sərlövhəli yazı dərc edilib. Yazıda aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkisinə dair ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ilkin hesabatı dəyərləndirilir.

Müəllif hesabatda tənqidi məqamların yer almasını DTİHB-nin Azərbaycana qərəzli münasibəti ilə izah edir: «Təəssüf ki, bu qurum Azərbaycanda keçirilən seçkilərlə bağlı əksər hallarda ya qərəzli, obyektivlikdən uzaq, ya da ikili yanaşmaları ilə yadda qalıb. Qurumun bu mövqeyinin əvvəlki aralıq hesabatı ilə üst-üstə düşməməsi məsələnin əsl mahiyyətini ortaya qoyur».

Yazıda vurğulanır ki, Azərbaycanda «aqressiv müxalifət»in seçkiyə qatılmamasının əsl səbəbi hər kəsə bəllidir: «Xalqın etimadını tamamilə itirmiş bu «qüvvələr» seçkilərdə məğlub olacaqlarını bildikləri üçün boykot qərarı ilə əvvəlcədən özlərini sığortalamağa çalışdılar, beynəlxalq qurumlara tamamilə yanlış məlumatlar, donoslar ötürdülər».

Müəllif hesab edir ki, bir çox beynəlxalq müşahidə missiyalarının seçkinin azad və ədalətli keçirilməsinə dair müsbət bəyanatları ATƏT/DTİHB-nin hesabatına ən yaxşı cavabdır.

Yazıda iddia edilir ki, ATƏT seçki missiyasının ilkin hesabatını ölkə ictimaiyyəti pisləyib.

Hesabatdan xatırlatma

ATƏT DTİHB-nin müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı sözügedən hesabatda vurğulanıb ki, Azərbaycandakı seçkilər hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirilib.

«Hüquqların məhdudlaşdırıldığı, plüralizmin olmadığı şəraitdə seçkilərdə əsl rəqabət olmayıb», - deyə yazılan hesabatda vurğulanıb ki, seçki qutularına bülletenlərin topa şəkildə atılması kimi ciddi pozuntular qeydə alıblar.

ATƏT-in konfransında qalmaqal
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

«Analoqsuz tolerantlıq»

Azadliq.info saytında «Hökumətin analoqsuz «tolerantlığı»» sərlövhəli yazıda haqqında bəhs edilən hesabata fərqli münasibət bəslənilir.

Üstəlik, müəllif vurğulayıb ki, ilkin hesabatın təqdim edildiyi mətbuat konfransında qurum təmsilçilərinə bəzi şəxslər aqressiv münasibət göstəriblər.

Yazıda iddia edilir ki, Azərbaycanda daha bir rüsvayçı seçki keçirilib. Müəllifin fikrincə, hətta alternativsiz keçən seçkidə belə, hökumət saxtakarlıqdan imtina etməyib: «Təbii ki, bu seçki tamaşası heç kimin gözündən yayınmadı, sosial şəbəkələrdə yüzlərlə foto-video faktlar yayıldı. Bütün bunlara baxmayaraq, hökumət rüsvayçılığı qələbə kimi təqdim etdi, bayram tədbiri keçirdi, ənənəvi namizədə 86 faiz səs yazıldı».

Yazıda habelə iddia edilir ki, çoxsaylı pozuntulardan sonra hökumət beynəlxalq aləmdən «siz məsumsuz» mesajı almaq istəyib. Müəllifin fikrincə, tolerantlıqdan danışan hökumət növbəti dəfə özünü ifşa edib: «ATƏT-in müşahidə missiyası seçkiyə mənfi rəy verdi və bunun ardınca hökumətin sözçüləri analoqsuz bir addıma imza atdılar. Beynəlxalq müşahidəçilər təhqir olundu, ermənipərəst adlandırıldı…».

Yazıda iddia edilir ki, hakimiyyət ən yumşaq tənqidə belə dözümsüzdür: «Bu ölkədə yalnız korrupsiyaya, talançılığa, hüquqsuzluğa tolerantlıq var...».

İdxal
İdxal

İdxal gerçəkləri

«Exo» qəzetində «Azərbaycan idxalı əvəzləmək siyasətini davam etdirir» sərlövhəli yazı oxumaq olar.

Müəllif ekspert Elşad Məmmədovla ölkəyə idxal edilən bəzi malların həcminin artmasının səbəblərini və bunu aradan qaldırmaq yollarını təhlil edib.

Yazıda vurğulanır ki, ölkəyə idxal olunan bir çox malların həcminin əhəmiyyətli şəkildə artması manatın uzun müddət eyni səviyyədə qalması, iqtisadiyyatdakı sabitlik və əhalinin gəlirlərinin artması ilə bağlıdır.

Müəllif Gömrük Komitəsinin bu ilin yanvar-fevral aylarına aid göstəricilərinə istinadən bildirir ki, ölkəyə 1.451 milyard dollar dəyərində məhsul daxil olub. Bu isə bir il əvvəl ilə müqayisədə 479.6 milyon dollar və ya 49.3 faiz çoxdur:

«Ölkədə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı aparılan islahatlara qədər ölkənin əmtəə bazarında idxal məhsullarının xüsusi çəkisi daha yüksək idi. Ona görə də yaxın iki-üç il ərzində bu sahədə idxalı əvəzləməklə bağlı əhəmiyyətli nəticələr əldə ediləcəyini gözləmək sadəlövhlük olardı». Bunu isə qəzetə ekspert E.Məmmədov bildirib.

Ekspert hesab edir ki, daxili bazarı yerli məhsullarla təmin etmək siyasəti uzunmüddətli texnoloji həlqələrlə bağlı olduğundan kifayət qədər əhatəli bir prosesdir. Buna görə də yaxın perspektivdə yerli məhsulların daxili bazarda əhəmiyyətli dərəcədə arta bilməsi olduqca mürəkkəb məsələdir.

XS
SM
MD
LG