Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:55

Müsavat seçkinin nəticələrini tanımır


11 aprel prezident seçkilərində olanlar [Yekun video]
Gözlə

No media source currently available

0:00 0:06:25 0:00

11 aprel prezident seçkilərində olanlar [Yekun video]

Müsavat Partiyası dünən, aprelin 11-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisi ilə bağlı rəyini açıqlayıb.

Rəydə bildirilir ki, seçicilərin sayı ilə bağlı Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi rəqəmlə reallıq arasında ciddi fərq var.

Müsavat Partiyası hesab edir ki, yalnız bir namizədin gizli hazırlaşmasına hesablanan qəfil növbədənkənar seçki elan olunması demokratik seçkiqabağı siyasi mühitin yaranmasının qarşısını alıb. Onların fikrincə, seçki faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 4-cü dəfə prezident olmasından ötrü rəqabətsiz şərait yaratmağa xidmət edib.

Rəydə habelə vurğulanır ki, seçkiqabağı mühit demokratik seçki keçirmək tələblərinə cavab verməyib, aparıcı müxalifət partiyalarının fəaliyyətinə imkan verilməyib, vətəndaşların toplaşmaq hüququ pozulub.

Üstəlik, Müsavat hesab edir ki, ölkədə müstəqil mətbuat sıradan çıxarılıb.

Müsavat Partiyası bildirir ki, azad və ədalətli olmayan seçkilər nəticəsində formalaşacaq icra hakimiyyətinin legitimliyini tanımır. Onlar bu prezidenti seçkisinin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən yeni seçkinin keçirilməsini tələb edir.

Dünən, aprelin 11-də axşam saatlarında bir sıra müxalifət qüvvələrinin birləşdiyi Milli Şura da oxşar sənəd yayaraq, prezident seçkisinin nəticələrini tanımadıqlarını açıqlamışdı.

Həmin saatlarda hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə mətbuat konfransı keçirərək seçkinin azad və ədalətli şəkildə keçirildiyini bəyan etmişdi.

«Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçib. Xalqın bu seçimi tamamilə məntiqə uyğundur. Bununla da Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə daha 7 il ərzində sürətli inkişafa səs veriblər. Növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi olacaq», - Ə.Əhmədov bildirib.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Azərbaycanda bu prezident seçkisi hazırkı dövlət başçısı İ.Əliyevin istəyindən asılı olaraq 6 ay önə çəkilib.

Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov aprelin 11-dən 12-nə keçən gecə prezident seçkisinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. O deyib ki, artıq 5 min 641 seçki məntəqəsindən 5 min 201-i, yəni 92.2 faizi hesabat verib.

MSK sədri vurğulayıb ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

M.Pənahovun deməsinə görə. sayılan bülletenlərə əsasən, İ.Əliyev 86 faizlə liderdir. Daha sonra Zahid Orucun 3.11 , Qüdrət Həsənquliyevin 3.04, Sərdar Cəlaloğlunun 3.02, Hafiz Hacıyevin 1.51, Araz Əlizadənin 1.39, Fərəc Quliyevin 1.18, Razi Nurullayevin isə 0.75 faiz səs topladığı bildirilib.

Müsavat Partiyası da, bəzi müxalif qüvvələr kimi, növbədənkənar prezident seçkisini boykot etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG