Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:56

Hacı Cavad məscidinin açılışı olub


Hacı Cavad məscidi sökülməmişdən öncə

Bu gün, aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Ötən il iyulun 1-də gecə saatlarında Bakının Yasamal rayonu ərazisindəki Hacı Cavad məscidi sökülüb.

Bakının «Sovetski» məhəlləsində söküntü və yenidənqurma işləri başlanan zaman Hacı Cavad məscidinin sökülməsi məsələsi gündəmə gəlib. Yerli sakinlərin narazılığına baxmayaraq, iyunun 30-dan iyulun 1-nə keçən gecə məscid sökülüb.

Yasamal-Dindarlar Hacı Cavad məscidinin sökülməsinə etiraz edir
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

İlk dəfə məscidin sökülməsinə aprelin 12-də cəhd edilmişdi. Həmin vaxt əraziyə Yasamal Rayon İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları gəlmişdi. Ancaq məscidə toplanan insanlar söküntüyə imkan verməmişdilər.

Dövlət başçısı İlham Əliyev isə aprelin 13-də inanclı insanların reaksiyasını nəzərə alaraq, məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdi. Sonradan icma rəhbərliyi ilə Komitə arasında razılıq əldə edildiyi bildirilirdi. Həmin razılığa görə, bu məscid sökülməli, Yasamal rayonu ərazisində yeni məscid tikilməli idi. Sonradan elə belə də oldu.

Yerli camaatın bildirdiyinə görə, sökülən məscidi Hacı Cavad adlı tacir tikdirmişdi. Məscidin giriş qapısının üstündə üç daş kitabə həkk olunmuşdu. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aid idi. Bu, milad təqvimi ilə XIX əsrə düşürdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG