Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

ADP: 'Karusel əməliyyatı' təkrar olunur


Seçki pozuntusu: eyni seçici iki dəfə səs verir
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Seçki pozuntusu: eyni seçici iki dəfə səs verir

«Azərbaycanda keçirilən seçkilərdəki ənənəvi saxtakarlıqlar hazırda keçirilən prezident seçkilərində də müşahidə olunur».

Bunu prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Calaloğlunun Seçki Qərargahının rəhbəri Taliyət Əliyev bildirib. O, daha sonra deyib:

««Karusel əməliyyatı» (bir nəfərin bir neçə dəfə səs verməsi-R) və əsas siyahının bir kənarda qalaraq alternativ siyahıdan istifadə olunması kimi saxtakarlıqlar indi də təkrar olunur».

T.Əliyev vurğulayıb ki, Sabunçu rayonundakı məntəqələrdə bəzi müşahidəçiləri məntəqəyə buraxmayıblar: «Həmin şəxslərin müşahidəçi olmasını Mərkəzi Seçki Komissiyası (MSK) təsdiq edib. Buna baxmayaraq, məntəqə komissiya üzvləri bu şəxsləri məntəqələrə buraxmamalarına əsas kimi Dairə Seçki Komissiyasının (DSK) icazəsinin olmamasını göstərib».

T.Əliyev deyib ki, səlahiyyətinə görə DSK MSK-dan aşağı olsa da, özündən yuxarı orqanın qərarına qarşı çıxıb. O deyib ki, seçki fəallığı da yüksək deyil.

Bu açıqlamaya Mərkəzi Seçki Komissiyasından münasibət almaq mümkün olmayıb. Ancaq MSK sədri Məzahir Pənahov səsvermə başlayarkən keçirdiyi mətbuat konfransında bildirmişdi ki, heç bir media təmsilçisinə, müşahidəçiyə maneə yaradılmamalıdır. Onun deməsinə görə, baş verən hallarla bağlı MSK-ya müraciət etmək olar.

M.Pənahov habelə vurğulayırdı ki, seçkilərin azad və ədalətli keçirilməsindən ötrü bütün imkanlar yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG