Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:54

Rusiyada vertolyot qəzasında 6 nəfər həlak olub


Hadisə yeri

Rusiyanın Xabarovsk şəhərində vertolyot qəzaya düşüb, altı nəfər həlak olub.

Xabarovsk Diyarı regional hökumətinin bildirməsinə görə, yerli Vostok şirkətinə məxsus Mi-8 vertolyotu aprelin 11-də qəzaya düşüb

Vertolyotdakı altı nəfərin hamısı həlak olub. Yerdə kiminsə xəsarət alması barədə məlumat yoxdur.

İstintaq Komitəsi qəzanın mümkün səbəbləri sırasında hava şəraitinin pisliyini, texniki nasazlığı, pilot səhvini göstərib.

Aprelin 12-də Xabarovsk Diyarında matəm elan olunub. Bu region Moskvadan 6 min 200 kilometr şərqdə, Çinlə sərhəddə yerləşir.

XS
SM
MD
LG