Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:39

Azərbaycanda prezident seçkiləri keçirilir


Səsvermə. Foto arxiv

Bu gün, aprelin 11-də Azərbaycanda prezident seçkisi keçirilir. Səsvermə saat 8:00-da başlayır.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, məntəqələr saat 7:50-dən açıq olacaq.

Bir müddət öncə MSK-dan açıqlamışdılar ki, ölkədə ümumilikdə 5 milyon 192 min 42 səsvermə hüququ olan şəxs var.

MSK-nın məlumatına görə, ölkədə 5 min 426 daimi seçki məntəqəsi təşkil edilib.

Ümumilikdə səkkiz namizəd prezidentlik uğrunda mübarizə aparır. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və «Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Bu il Azərbaycanda prezident seçkisi altı ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, NİDA Vətəndaş Hərəkatı isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri həbsdə olan REAL Hərəkatı da seçkiyə qatılmayıb.

Ancaq MSK sədri M.Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

Multimedia

XS
SM
MD
LG