Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:33

Şamaxıda Şirvanşahların dirhəmləri tapılıb


Dəfinə

Şamaxı şəhərində saxsı küpün içərisində dəfinə tapılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məlumatına görə, dəfinə Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinə təhvil verilib.

Numizmatika sikkələr, onların zərb tarixi, qiyməti, istifadə edilmə müddəti, nominal və həqiqi dəyərlərini öyrənir. Epiqrafika isə epiqraflar haqqında elmdir.

AMEA bildirir ki, dəfinə 21 ədəd tam, 860 qr. paslı və fraqmentşəkilli sikkələrdən ibarətdir.

Dəfinənin artıq muzeyin Bərpa laboratoriyasına göndərildiyi bildirilir. Təmizləndikdən sonra bu dirhəmlərin Şirvanşah Yəzid ibn Əhmədin (991-1027) hakimiyyəti dövründə zərb edildiyi müəyyən olunub.

AMEA vurğulayıb ki, bir sıra Qafqaz dəfinələrində aşkarlanan, X əsrin sonu – XI əsrin əvvəllərinə aid şirvanşahların adları olan belə sikkələr Azərbaycanda sikkə zərbi və pul ticarətinin səciyyəvi cəhətlərini açıqlayan faktdır.

Tarixçilərin bildirməsinə görə, Şirvanşahlar dövləti indiki Azərbaycanın, əsasən, şimal ərazilərində yerləşib və IX əsrin 60-cı illərindən XVI əsrin əvvəllərinə kimi hökm sürüb. Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı və Bakı şəhərləri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG