Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 14:16

Yuliya Skripal Rusiyanın kömək təklifindən imtina edib - YENİLƏNİB


Yulia Skripal

Ötən ay atası, keçmiş Rusiya casusu Sergey Skripalla birlikdə İngiltərədə zəhərlənmiş Yuliya Skripal Rusiyadan heç bir kömək istəmədəyini bəyan edib.

Yuliya Skripal və onun 66 yaşlı atası cənubi İngiltərənin Solsberi şəhərində kimyəvi maddə ilə zəhərlənməyə məruz qaldıqdan sonra martın 4-də huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilmişdilər.

Aprelin 11-də Britaniya Bələdiyyə Polisi tərəfindən yayınlanmış bəyanatında Yuliya Skripal bildirib ki, o Rusiya səfirliyindən ona edilmiş kömək təklifindən xəbərdardır.

Bəyanatda daha sonra deyilir: "Hazırda mən onların xidmətindən yararlanmaq istəmirəm, lakin əgər gələckdə fikrimi dəyişsəm, onlarla necə əlaqə saxlamalı olduğumu bilirəm. Mən sağ-salamatam və vaxt keçdikcə özümü daha yaxşı hiss edirəm”.

Yuliya Skripal xəstəxanadan aprelin 10-da buraxılıb.

***

Rusiyanın Londondakı səfirliyi isə Britaniya polisinin açıqladığı bəyanatın doğrudan da Skripal-a məxsus olub-olmadığını sual edib.

Yulia və Sergei Skripal-larla görüşməkdə israr edirik. Onların ətrafında yaranmış durum daha çox məcburi saxlama, yaxud həbsə bənzəyir”, – səfirlik bəyanatında deyib.

Yulia Skripal isə atasının “hələ də ağır xəstə” olduğunu, özünün isə “bizə qarşı istifadə olunmuş sinir qazının təsirindən əziyyət çəkdiyini” bildirib.

Yulia deyib ki, Rusiya mediasının onun yaxın qohumu Viktoria-ya istinadla yazdıqları onun, ya da atasının fikirlərini əks etdirmir. Viktoria deyib ki, Britaniya ona Yulia-ya baş çəkməyə icazə vermir.

Viktoria-ya bizə görə narahat olduğuna görə təşəkkür edirəm, ancaq xahiş edirəm ki, indilik bizə baş çəkməyə, yaxud əlaqə saxlamağa çalışmasın”, – Skripal-ın bəyanatında vurğulanır.

***

“Yulia Solsberi Xəstəxanasından buraxılıb”, – xəstəxananın tibbi direktoru Christine Blanshard aprelin 10-da yaydığı bəyanatda bildirib. O, Sergei Skripal-ın da durumunda “yaxşı irəliləyiş” olduğunu deyib.

Yulianın müalicəsi bitməyib, ancaq bu, ciddi hədəf sayılır”, – direktor söyləyib.

Rusiyanın Londondakı səfirliyi tvit yazaraq Yulia Skripal-ı təbrik edib.

Onun hər şeyi öz istəyi ilə etməsinə dair təcili dəlil istəyirik”, – tvitdə deyilir.

Blanshard Yulia-nın mediaya danışmaq istəmədiyini də sözlərinə əlavə edib.

Atası Yulia-dan daha gec dirçəlir, amma onun da xəstəxanadan çıxa biləcəyinə ümid edirik”, – Blanshard vurğulayıb.

***

Rusiyalı keçmiş casus Sergei Skripal-ın zəhərlənmiş qızı Yulia Solsberi xəstəxanasından buraxılıb. Xəbəri BBC yayıb.

BBC 33 yaşlı Yulia-nın aprelin 9-da Solsberi Rayon Xəstəxanasından buraxılaraq təhlükəsiz yerə aparıldığını bildirir.

Milli Səhiyyə xidmətinin sözçüsü “Frans Pres” agentliyinə deyib ki, aprelin 10-da səhər saatlarında mətbuat konfransı planlaşdırılır.

Sky News isə adını çəkmədiyi mənbələrə istinadla xəbər verib ki, o, aprelin 9-da xəstəxanadan buraxılmalıydı, ancaq bunun baş verib-vermədiyini təsdiqlədə bilməyib.

Bir neçə gün öncə Sergei Skripal-ın da “sürətlə yaxşılaşdığı” bildirilirdi.

***Buna da bax: Keçmiş casus Skripalın vəziyyəti ‘sürətlə yaxşılaşır’

Sergei və Yulia Skripallar martın 4-də İngiltərənin Solsberi şəhərində Novichok adlı sinir qazıyla zəhərləniblər.

Britaniya zəhərlənmədə Rusiyanın əli olmasıyla bağlı ittihamlar səsləndirib. Bundan sonra Qərb ölkələri Britaniyayla həmrəylik göstərərək 150-dən çox rusiyalı diplomatı qovublar. Moskva da buna oxşar addımla cavab verib.

Ancaq Rusiya zəhərlənmə insidentində əli olmadığını bildirib.

İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.

XS
SM
MD
LG