Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:04

İlham Əliyev: ‘Birinci rübdə 34 min iş yeri yaradılıb’


“2018-ci ilin birinci rübü Azərbaycan üçün uğurlu olub”.

AZƏRTAC-ın məlumatına görə, bu gün, aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev belə deyib.

Prezident ilin sonuna qədər müsbət dinamikanın saxlanılacağına əmin olduğunu söyləyib.

Ölkə başçısı deyib ki, ilin birinci rübündə Azərbaycan iqtisadiyyatında artım olub.

“Qeyri-neft sektorunda, sənaye istehsalında, kənd təsərrüfatında ciddi artım əldə olunub. Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub”, deyən prezident yeni iş yerlərinin açıldığını bildirib.

Onun sözlərinə görə, birinci rübdə 34 min yeni iş yeri yaradılıb.

“2018-ci ildə də islahatlar davam etdiriləcək. Biznes və sahibkarlıq mühiti yaxşılaşdırılacaq. Kənd təsərrüfatı və qeyr-neft sektoru daha da inkişaf etdiriləcək”, prezident deyib.

İ.Əliyev birinci rübdəki fəaliyyətlərə toxunub. O, Azərbaycanın bu dövrdə VI Qlobal Bakı Forumuna, Qoşulmama Hərəkatı nazirləri konfransına uğurla ev sahibliyi etməsindən, 7 dövlət və hökumət başçısının Azərbaycana səfər etməsindən danışıb.

İlham Əliyevin çıxışı zamanı ərzaq təhlükəsizliyinin təmin olunmasının, aqro parkların yaradılmasının, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafının əhəmiyyətini vurğulayıb.

Ölkə başçısı iclasın sonunda isə turizmin inkişafı, dəmiryolu infrastrukturunun yenidən qurulması, yeni asan xidmət mərkəzlərinin açılması və başqa məsələlərlə bağlı tapşırıqlar verib.

XS
SM
MD
LG