Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:34

800-dən çox dini icma qeydiyyata alınıb


Təzəpir məscidi

Azərbaycanda dövlət qeydiyyatına alınmış dini icmaların sayı 808-ə çatıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) məlumatına görə, bu gün, aprelin 9-u yeni qeydiyyata alınmış 15 dini quruma şəhadətnamələr təqdim edilib.

Onların 3-nün qeyri-islam dini icması olduğu bildirilir.

Şəhadətnamələri komitə sədrinin birinci müavini Səyyad Salahlı təqdim edib. O, Azərbaycanda müsəlman və qeyri-müsəlman dini icmalarına maliyyə yardımı göstərilməsindən, dini bayramların yüksək səviyyədə qeyd olunmasından danışıb.

Ölkədə dini icmaların təkrar qeydə alınması 2009-cu ildən başlayıb. Həmin vaxtdan 808 dini qurum dövlət qeydiyyatından keçib.

Konfessional baxımdan onların 777-si İslam, 31-i isə qeyri-İslam (Xristian – 20, Yəhudi – 8, Krişna – 1, Bəhai – 2) təmayüllüdür.

Ancaq bu illər ərzində bəzi dini icmalar müraciətlər etsələr də, qeydiyyatdan keçməyiblər. Həmin dini icmalar bunu ayrıseçkilik, komitə isə sənədlərin qaydada olmaması ilə izah edib. Qeydiyyatla bağlı şikayətlənən həm müsəlman, həm də başqa dinə mənsub icmalar var.

ABŞ Dövlət Departamentinin din azadlığı haqqında hesabatlarında da bir neçə dəfə qeydiyyat məsələsinə toxunulub. Hesabat müəlliflərinin gəldiyi nəticəyə görə, Azərbaycanda dini icmaların qeydiyyat prosesi çətindir. Bu proses xeyli mürəkkəbləşdirilib. Ancaq komitə rəsmiləri bu fikirlə razı deyillər.

Multimedia

XS
SM
MD
LG