Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 09:28

Səudiyyə şahzadəsi Macron-la nahar edib


Muhammad bin Salman, arxiv fotosu

Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salman Fransaya 3 günlük səfərə gedib. O, Parisin Luvr muzeyində prezident Emmanuel Macron-la birlikdə nahar edib.

Şahzadə daha öncə Birləşmiş Ştatlar, Britaniya və Misirdə səfərdə olub. O, ölkəsinin imici yaxşılaşdırmağa, bir neçə milyon dollarlıq biznes sövdələşmələri imzalamağa çalışır.

Macron-un görüşlər zamanı Yəməndə vətəndaş müharibəsi kimi gərgin diplomatik məsələləri də qaldıracağı gözlənir. Yəməndə hökuməti Səudiyyə Ərəbistanı, onunla savaşan husi yaraqlılarını isə İran dəstəkləyir.

Aprelin 10-da keçiriləcək Səudiyyə- Fransa forumunda 18 anlaşma memorandumunun imzalanacağı gözlənir. Həmin sənədlər enerji, kənd təsərrüfatı, turizm, mədəniyyət sahələrini əhatələyəcək.

Bundan başqa, 10 illik, yenilənməyə açıq sazişin də imzalanacağı gözlənir. Həmin sənədə görə, Fransa paytaxt Ər-Riyaddan min kilometr qərbdə yerləşən Al-Ula şəhərinin arxeoloji, mədəniyyət və turizm mərkəzi kimi inkişafına yardım göstərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG