Keçid linkləri

2025, 27 Aprel, bazar, Bakı vaxtı 18:23

«Ölkədə olan gərginlik bu yaza qurtarmalıdır»


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, 25 noyabr 2006
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, 25 noyabr 2006
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

«Azadlıq»: ANS-in bağlanması, Xəqani-33-də yerləşən qurumların çıxarılması, yəni demokratik təsisatların bu şəkildə təzyiqlərlə üzləşməsi ölkənin siyasi kursunun dəyişməsi kimi izah edilə bilərmi?


Mehman Əliyev: Hesab etmirəm ki, ölkə siyasi kursunu dəyişir. Bu yaxınlarda Azərbaycan NATO ilə yeni mərhələ sazişi və Avropa Birliyi ilə «Yeni Qonşuluq Siyasəti» çərçivəsində müqavilə imzalayıb. Azərbaycan Avroatlantik məkana inteqrasiya prosesinə qoşulmaqla, yeni bir mərhələyə qədəm qoyub. Bütün bunlar onu göstərir ki, ölkənin 90-cı illərin əvvələrindən götürdüyü starteji kurs bizi Avropa Birliyi və onun dəyərlərinə - söz azadlığı, insan haqları və plüralizmə yaxınlaşdırır. Əlbəttə, bu bir paradoksdur ki, bu ərəfədə ölkədə böyük bir telekanal bağlanır, aparıcı siyasi partiyalardan biri, kütləvi informasiya vasitələri çölə atılır. Bu, qeyri-normal vəziyyətdir. Buna sadə cavab vermək çətindir, ancaq müəyyən məlumatlar var ki, ölkədə çox ciddi və çətin proseslər gedir. Söhbət ondan gedir ki, həmin o prosesə - Avropaya inteqrasiya prosesinə - qoşulmaq istəməyən qüvvələrlə bunun əksinə çıxan qüvvələr arasında mübarizə gedir.


«Azadlıq»: Söhbət hakimiyyət daxilində olan qüvvələrin mübarizəsindən gedir?


Mehman Əliyev: Əlbəttə, müxalifətin bu prosesdə problemi yoxdur. Hesab edirəm ki, ölkədə olan gərginlik bu yaza qurtarmalıdır. Onda biz aydın görəcəyik ki, Azərbaycanda nə baş verir və ölkə hara gedir. Məndə başqa məlumatlar da var, ancaq onu deyə bilmərəm. Hesab edirəm ki, biz birinci növbədə, daha təmkinli olub, daha düzgün addımlar atmalıyıq. Ancaq bu o demək deyil ki, heç nə etməməliyk, acıq edib özümüzə qapanmalıyıq. Hansısa bir emosional qərar qəbul etməyin zamanı deyil.


«Azadlıq»: Dediz ki, yaza kimi bu proseslər başa çatmalıdır? Nələri nəzərdə tutursunuz?


Mehman Əliyev: İqtidardaxili struktur dəyişiklikləri olmalı, ən əsası isə daxili qarşıdurmaya son qoyulmalıdır. Çünki bu, ölkə üçün yaxşı heç nə vəd etmir. Bu, ölkəni sarsıdır, qeyri-sabitlik yaradır.


XS
SM
MD
LG