Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:24

Hesablama Palatası büdcə paketindəki «sair xərclər»in artırılmasını məqsədəuyğun saymır


2007-ci il üçün dövlət büdcəsinin layihəsi bəzi dövlət proqramlarına əsaslanmadan hazırlanıb. Azərbaycanın Hesablama Palatası gələn il üçün büdcə layihəsində bir sıra məqamlarla bağlı iradlarını bildirib. Palatanın ötən həftənin sonunda açıqlanan rəyində deyilir ki, gələn ilin büdcə layihəsində ümumdaxili məhsulun artım tempi 26,3 faiz yox, 30 faiz səviyyəsində proqnozlaşdırılmalı idi. Mal və xidmətlərin satışından mümkün gəlirlərin olmayacağı halda, müəssisələrə veriləcək 70 milyon yeni manata yaxın vəsaitin yarısından çoxunun xərc istiqaməti göstərilməyib, büdcənin 380 milyon yeni manatlıq kəsirinin hansı mənbələrdən maliyyələşdiriləcəyi də müəyyənləşdirilməyib.


Hesablama Palatasının ekspertlərinin fikrincə, büdcə paketindəki «sair xərclər» maddəsinin təxminən 760 mln. yeni manata qədər artırılması da məqsədəuyğun deyil.
Qurum hesab edir ki, Milli Bank və s. kimi dövlət maliyyə qurumlarının gəlirlərinin artım tempinin ilbəil azalması da ölkədə pul-kredit siyasətinin sabit olmadığını göstərir.


XS
SM
MD
LG