Aprelin 8-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Cənub küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacağıgözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-8, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 18-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənir.
Gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.