Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:36

Sumqayıtın baş planı təsdiq edilib


Sumqayıt

Nazirlər Kabineti (NK) Sumqayıt şəhərinin 2030-cu ilə qədərki dövrdə inkişafına dair Baş planını təsdiq edib.

Bu haqda NK-nın məlumatında bildirilir.

Baş planının layihəsini 2013-cü ildə «Azərdövlətlayihə» İnstitutu Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlayıb. Sənədə əsasən, Sumqayıt şəhərinin ərazisi Abşeron rayonunun torpaqları sayəsində qismən genişləndirilir.

Yeni şəhərsalma sənədində 1-2 mərtəbəli köhnə binalardan ibarət yaşayış məntəqələrinin sökülməsi və onların yerində yüksəkmərtəbəli binaların tikilməsi nəzərdə tutulur. Planda şəhərin sənaye zonası da genişləndirilib.

Sumqayıt Azərbaycanın ikinci böyük sənaye və əhalinin sayına görə üçüncü böyük şəhəridir.

Baş plana əsasən, Sumqayıtın ərazisi 9.4 min hektardan (2011) 13.3 min hektara qədər genişlənir.

Eyni zamanda, 2030-cu ilə qədər 5 min 700 hektar ərazidə yaşayış və ictimai binalar inşa olunmalıdır.

Şəhər İkinci Dünya müharibəsindən sonra (1949-cu il) inşa edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG