Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 02:19

MİDA mənzillərin satışına başlayır


İndi maaşınızla neçə ilə ev ala bilərsiz?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

İndi maaşınızla neçə ilə ev ala bilərsiz?

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal yaşayış kompleksində sosial mənzillərin satışına başlayır. Birinci mərhələdə 260 hazır, tam təmirli, mətbəx mebeli və isitmə sistemi olan 1-3 otaqlı mənzillər satışa çıxarılıb.

Bu barədə MİDA-nın saytı məlumat verir.

Məlumatda vurğulanır ki, yalnız «Güzəştli mənzil» sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir.

Vətəndaşlar mənzilləri bir neçə ödəniş üsulu vasitəsilə əldə edə bilərlər. Bunlardan birincisi İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 30 ilədək uzunmüddətli, illik 4 faizlə güzəştli kredit vasitəsilə almaqdır. Eyni zamanda, öz vəsaitləri və başqa kredit təşkilatlarının hesabına da oradan mənzil ala bilərlər.

Güzəştli ipoteka krediti vasitəsilə alındıqda minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizini təşkil etməlidir.

Mənzillərin 1 kv.m-nin alıcılara 940-950 manata başa gələcəyi bildirilir.

MİDA-nın məlumatına görə, ilk mərhələdə «NN Group» şirkətinin inşa etdiyi 4 bina satılır.

Xatırlatma

Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb.

Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. «Yasamal» Yaşayış Kompleksi 29 yaşayış binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.

Ötən il dekabrın 24-də isə prezident İ.Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi çərçivəsində Hövsanda inşa ediləcək 11 binadan birincisinin təməlini qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG