Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:27

Dekabrın 1-dən Azərbaycanda enerjilə bağlı problem yarana bilər


Azərbaycan Rusiyadan gündəlik pik saatlarında 300 meqavatt elektrik enerjisi alır
Azərbaycan Rusiyadan gündəlik pik saatlarında 300 meqavatt elektrik enerjisi alır

Rusiyadan Azərbaycana verilən elektrik enerjisi dayandırıla bilər. Buna Rusiyanın «PAO EES» Açıq Tipli Səhmdar Cəmiyyətilə Azərbaycanı elektrik enerjisilə təmin edən «Azərenerji» Qapalı Səhmdar Cəmiyyəti arasında yeni müqavilənin bağlanmaması səbəb ola bilər. «Azərenerji»nin vitse-prezidenti Marlen Əsgərovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, yeni müqavilə noyabrın 27-də bağlanmalı olsa da, Rusiyadan bu sənədi imzalayacaq nümayəndələr hələ də Bakıya gəlməyiblər. Rusiyalı nümayəndələri gözlədiklərini deyən cənab Əsgərova görə, köhnə müqavilənin vaxtı da dekabrın 1-də başa çatır. Elə bu səbəbdən də «Azərenerji» Rusiyadan verilən elektrik enerjisinin həmin vaxtdan dayandırılacağından ehtiyatlanır. Marlen Əsgərov deyir ki, indi onlar alternativ variantlar üzərində işləyirlər. İran və Gürcüstandan elektrik enerjisi alınmasının mümkünlüyü müzakirə edilir.


Cənab Əsgərov deyir ki, Rusiyadan verilən elektrik enerjisi dayandırılarsa, Azərbaycan enerji bohranını daxili imkanlar hesabına aradan qaldıra bilməyəcək. Amma buna baxmayaraq, vəziyyətin gərgin həddə çatmasına da imkan verməyəcəklər. «APA» İnformasiya Agentliyinə müsahibəsində isə Marlen Əsgərov bildirib ki, alternativ mənbə kimi İran pik saatlarında gündə Azərbaycana Parsabad xəttilə 130-150, Astara xəttilə isə 20-25 meqavatt elektrik enerjisi verə bilər.


Azərbaycan Rusiyadan gündəlik pik saatlarında 300 meqavatt elektrik enerjisi alır. Ölkənin öz illik ehtiyacı isə 23 milyard kilovat-saatdan artıqdır.


İndiyə qədər Azərbaycan Rusiyadan ildə bir milyard kilovatt-saatdan artıq elektrik enerjisi alırdı.
Marlen Əsgərovun sözlərinə görə, 2007-ci il üçün nəzərdə tutulan müqavilədə Rusiyadan alınan enerjinin 60 meqavata qədər azaldılması nəzərdə tutulub. Rusiyadan alınan elektrik enerjisinin 1 kilovatına Azərbaycan 3,6 sent ödəyir. Yeni müqavilədə isə Rusiya elektrik enerjisinin 1 kilovat-saatını 4,1 sentə satmaq istəyir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG