Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:05

Twitter sosial şəbəkəsi bildirir ki, 2015-ci ildən 2017-ci ilin sonunadək 1,21 milyon hesabı “terrorçuluğun təbliği”nə görə bağlayıb. Şəbəkə bildirir ki, bu addımı zorakı kontent üçün “arzuolunmaz məkan”a çevrildyindən atmalı olub.

“Saytımızı terrorçuluğu yaymaq istəyənlər üçün arzuolunmaz məkana çevirmək yönündə illərdir davam edən ağır işin müsbət, vacib təsirini görməkdəyik”, – qurum aprelin 5-də bildirib.

Twitter və digər sosial şəbəkələrə hökumətlər təzyiq göstərir ki, zorakı hücumlara çağıran yaraqlılar və digərləriylə mübarizə aparsın.

Sonuncu “şəffaflıq hesabatı”nda Twitter bildirirdi ki, “terrorçuluğun təbliğatıyla bağlı pozuntular səbəbindən” 2017-ci ilin ikinci yarısında 274 min 460 hesabı bağlayıb. Bu, daha öncəki hesabat müddətindən 8,4 faizlik azalma demək idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG