Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:07

Uşaqlarını məktəbə buraxmadıqlarına görə həbs cəzası


Arxiv fotosu

Qırğızıstanda məhkəmə övladlarını məktəbə buraxmayan valideynlərə həbs cəzası kəsib.

Qırğızıstanın şimalındakı İssık-Kul rayon məhkəməsi aprelin 5-də bildirib ki, ər-arvad övladlarına təhsil verməklə bağlı valideynlik borclarını yerinə yetirməməkdə təqsirli biliniblər.

Aprelin 2-də onların hərəsinə 2 illik həbs cəzası kəsilib.

Cütlük qadağan olunmuş Yaqyn Inkar islamçı qruplaşmanın üzvləridir, amma kimlikləri açıqlanmır.

Kişi hökm çıxarılan kimi həbs olunub, qadına qarşı hökmün icrası ertələnib, çünki kiçik uşağının 14 yaşı var.

Yaqyn Inkar-ın əsası Hindistanda qoyulub. Qırğızıstan hakimiyyəti onu ekstremist təşkilat sayaraq ötən ilin iyununda qadağan edib.

Qruplaşma üzvləri Məhəmməd Peyğəmbərin yaşadığı 7-ci əsrdəki kimi həyat sürməyə çalışırlar. Onlar müasir texnologiyadan yararlanmır, tibbi, sosial xidmətlərdən, dünyəvi təhsildən imtina edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG