Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:53

Arsenal MOİK ilə qarşı-qarşıya gələcək


Arxiv fotosu

İngiltərənin Arsenal futbol klubu aprelin 5-də UEFA Avropa Liqasının dörddəbir final mərhələsində Rusiyanın MOİK (CSKA) komandasıyla üzləşəcək.

Arsenal-ın Emirates Stadionunda ev sahibliyi edəcək oyunun cavab qarşılaşması isə gələn həftə Rusiya paytaxtında keçiriləcək.

Arsenal Britaniya Premyer Liqasında altıncı yerdədir və 2010-cu ildən bəri ilk dəfə olaraq Avropa Liqasının dörddəbir final mərhələsinə yüksəlib.

MOİK Moskva isə Rusiya Premyer Liqasında üçüncü yerdədir.

Bu oyunun keçirildiyi bir dönəmdə Britaniya ilə Rusiya arasında diplomatik münasibətlər gərginləşib. London İngiltərədə rusiyalı keçmiş casusun sinir qazıyla zəhərlənməsində Moskvanın əli olduğunu düşünür. Həmin insidentdən sonra tərəflər bir-birinin diplomatlarını qovmağa başlayıblar.

XS
SM
MD
LG