Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Banklar kredit verməyi azaltmaqda davam edir


Banklar niyə bağlanır?
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Banklar niyə bağlanır?

Bu ilin fevralında bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.

Bu barədə bu gün, aprelin 5-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı məlumatda yazılır.

MBNP bildirir ki, bu il martın 1-nə kimi bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 147.2 mln. manat təşkil edib. Bu da yanvar ayı ilə müqayisədə 95 mln. manat və ya 0.85 faiz azdır.

Ümumiyyətlə, 1 il ərzində banklar kreditləşməni 4 mlrd. manatdan çox və ya 30 faizə yaxın azaldıb.

MBNP bildirir ki, fevralın 28-nə qədər Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28.5 mlrd. manat, cəmi öhdəlikləri isə 24.6 mlrd. manat təşkil edib. Sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.7 mlrd. manat olub. 2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2 (329 mln. manat), öhdəlikləri 1 (246 mln. manat), kapitalı isə 2.2 faiz (83 mln. manat) artıb.

Hazırda ölkədə 30 bank fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycanda 10-dan çox, ötən il isə bir bankın lisenziyası ləğv edilib. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG