Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 08:51

Qoşulmama Hərəkatının nazirlər konfransı


Bakı Konqres Mərkəzi

Bu gün, aprelin 5-də Bakı Konqres Mərkəzində «Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi» mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev konfransın açılışında iştirak edir. O, açılış mərasimində nitq söyləyib.

1961-ci ildə yaradılan Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilən XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi etməlidir. 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatında sədrlik Azərbaycana məxsus olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG