Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 05:58

Albaniya hökumətinin qonşu Kosovoyla əsas magistral yola yeni tariflər qoyması etirazlara səbəb olub.

“The Associated Press” aprelin 4-də yazıb ki, Kosovo bununla bağlı Albaniyaya rəsmi şikayət göndərib. Söhbət 2009-cu ildə tikilmiş, daha öncə pulsuz olan 110 kilometrlik yoldan gedir. Qiymət 2,5 avrodan 22,5 avroyadək dəyişir.

Kosovonun infrastruktur naziri Pal Lekaj-ın Albaniyanın Priştinadakı səfiri Qemal Minxhozi-yə şikayət təqdim etdiyi bildirilir.

Kosovolu turistlərin çoxu bu yoldan istifadə edərək Albaniyaya gedir, dəniz sahilində dincəlirlər. Qeyd edək ki, Kosovo hər tərəfdən quruyla əhatələnib.

Ötən həftəsonu - martın 31-də Albaniyada bir neçə yüz etirazçı ödəniş qutularını yandırıb, polislə toqquşub. Onlar orta aylıq maaşın 350 avro olduğu ölkədə yol tarifinin yüksək olduğunu deyiblər.

Aprelin 4-də Albaniya məhkəməsi 11 etirazçının qeyri-müəyyən müddətə həbs olunmasıyla bağlı qərar çıxarıb.

“Frans Pres” agentliyi etirazlarda 14 polis əməkdaşının xəsarət aldığını, 23 etirazçının saxlandığını yazıb.

Etirazçıların aprelin 5-də magistral yolu bağlayacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG