Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:48

Facebook rəhbəri aprelin 11-də ifadə verəcək


Mark Zuckerberg, arxiv fotosu

Aprelin 11-də Facebook rəhbəri Mark Zuckerberg ABŞ Konqresində ifadə verəcək. O, sosial şəbəkə istifadəçiləri haqda məlumatların qanunsuz toplanmasına dair iddiaları cavablandırmalıdır.

Bu dinləmə istehlakçı datalarının gizliliyi kimi vacib məsələyə işıq salmaqdan ötrü mühüm fürsətdir, bütün amerikalıların şəxsi informasiyalarının onlayn necə qorunduğunu anlamasına kömək edəcək”, – Nümayəndələr Palatasının Enerji və ticarət komitəsinin liderləri aprelin 11-də deyib.

Senatın ticarət və ədliyyə komitələri də Zuckerberg-i ifadə verməyə dəvət edib, ancaq bu dinləmənin vaxtı, hələlik, açıqlanmayıb.

Bu yaxınlarda mediaya sızan məlumata görə, Cambridge Analytica data təhlili şirkəti sosial şəbəkənin 50 milyon istifadəçisi barədə məlumata qanunsuz çıxış əldə edib.

Aprelin 4-də Facebook bildirib ki, 87 milyon istifadəçisinin məlumatları təsirə məruz qalıb, bu rəqəm öncə açıqlanandan təxminən 2 dəfə artıqdır. Həm də bu istifadəçilərin çoxunun Birləşmiş Ştatlarda yerləşdiyi bildirilir.

2016-cı ildə Donald Trump-ın seçki kampaniyası üçün çalışmış Cambridge Analytica hər hansı yanlışa yol vermədiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG