Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:22

Ankarada Suriya sammiti keçirilir


Vladimir Putin (ortada), Recep Tayyip Erdogan (sağda) və Hassan Rohani Soçi görüşündə

İran, Türkiyə və Rusiya prezidentləri aprelin 14-də Ankarada Suriyanın gələcəyini müzakirə edəcəklər. Türkiyə prezidenti Recep Tayyip Erdogan rusiyalı və iranlı həmkarları Vladimir PutinHassan Rohani ilə son altı aydan da az bir müddətdə artıq ikinci dəfədir bu formatda görüşür.

Üç ölkə Suriyada yeddi ildir gedən vətəndaş müharibəsində yaxından iştirak edir. Onlar döyüşlərin azaldılması məqsədiylə “neytral zonalar”ın yaradılmasına çalışırlar. Baxmayaraq ki, Rusiyayla İran prezident Bashar al-Assad-ı, Türkiyə isə üsyançıları dəstəkləyir.

Bu ölkələr Qazaxıstan paytaxtı Astanada Suriya danışıqlarına da sponsorluq ediblər.

Aprelin 3-də Putin-lə görüşdən sonra Erdogan deyib ki, Türkiyəylə Rusiya Suriyadakı “ümumi maraqlarımızı nəzərə alaraq” əməkdaşlığı davam etdirəcək.

Erdogan, Putin və Rohani noyabrda Rusiyanın Soçi şəhərində görüşmüşdülər.

XS
SM
MD
LG