Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 06:28

Sülhməramlı missiya Əfqanıstana yola salınıb


Sülhməramlılar

Azərbaycanlı hərbçilərdən ibarət 52 nəfərlik qrup plana uyğun, rotasiya qaydasında Bakıdan Əfqanıstana yola salınıb. Onlar NATO-nun «Qətiyyətli dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərəcəklər.

Bu haqda, bu gün, aprelin 3-ü Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 120 nəfərdən ibarət hərbi qulluqçusu Əfqanıstandadır. Bundan başqa, Azərbaycan Ordusunun 2 hərbi həkimi və 6 qərargah zabiti «Qətiyyətli dəstək» qeyri-döyüş missiyasında iştirak edir.

Azərbaycanın Əfqanıstandakı missiyası əvvəllər daha kiçik tərkibdə - 94 nəfərlik heyətdə idi. Ancaq 2018-ci ildən etibarən sülhməramlı heyət üzvilərinin sayı artırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

NATO-nun «Qətiyyətli dəstək» missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.

Xatırlatma

1994-cü ildə Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ildən Azərbaycan FTƏP-ə qoşulub. Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən, hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə, islahatlardan çəkinir. Rəsmilər isə bunu balanslaşdırılmış siyasətlə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG