Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:49

'Qoşulmayanlar' Bakıda toplandı


İclas

Bu gün, aprelin 3-də Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksəkvəzifəli məmurlar səviyyəsində iclas başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, tədbiri açan Venesuelanın xarici işlər nazirinin müavini Mario Rubendario Morina Qoşulmama Hərəkatının mövcud siyasi əlaqələrin möhkəmləndirilməsi baxımından yaxşı platforma olduğunu deyib.

Azərbaycanı iclasda ölkənin BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev təmsil edir.

Aprelin 5-dən 6-na kimi Bakıda «Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi» mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək.

Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

1961-ci ildə yaradılan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilən XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi etməlidir. 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatında sədrlik Azərbaycana məxsus olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG