Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:47

'Azərbaycan iqtisadiyyatında 'kölgədə' qalan milyardlar...' -Media icmalı


'Evimi sığorta etdirmək ağlıma gəlməyib' [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

'Evimi sığorta etdirmək ağlıma gəlməyib' [Sorğu]

Ölkədə sahibkarlığın inkişafı, iri sosial obyektlərin sığortalanmasında vəziyyət, kölgə iqtisadiyyatı və onun fəsadları medianın aparıcı mövzularındandır...

Formal sığorta

«Exo» qəzetində «Azərbaycanda təhlükəli sosial obyektlərin sayı kifayət qədər çoxdur» sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkədə obyektlərin sığortalanması sahəsindəki problemlər ekspert Adil Aslanovla müzakirəyə çıxarılır.

Müəllif yazıb ki, bu yaxınlarda Rusiyanın Kemerovo şəhərindəki «Qış albalısı» ticarət-əyləncə mərkəzində baş verən yanğın (yanğında 60-dan çox şəxsin həlak olduğu bildirilir-R) bu məsələni aktuallaşdırıb.

«Daim çoxsaylı insanların toplaşdığı ticarət-əyləncə yerləri kimi obyektlərin sığortalanması Azərbaycanda sırf formal xarakter daşıyır», - deyə ekspert A.Aslanov vurğulayıb.

Ekspert deyib ki, Azərbaycan qanunvericiliyi belə hallarda icbari sığorta nəzərdə tutur: «Üçüncü şəxs tərəfindən həyata, sağlamlığa və mülkiyyətə vurulan ziyan məcburi qaydada kompensasiya edilir. Söhbət təkcə ticarət mərkəzlərindən yox, həm də restoran, kinoteatr, əyləncə mərkəzlərindən gedir. Bunun üçün ayrıca qanun qəbul etməyə də ehtiyac yoxdur».

A.Aslanov deyib ki, hazırda çoxsaylı insanların toplaşdıqları belə obyektlərin sığortalanması formal xarakter daşıyır. Onun bildirməsinə görə, sığorta qurumları obyektin ekspertizasını aparmalı olsalar da, sahibkarın xahişiylə bunu etmirlər.

Ekspert bu baxımdan hesab edir ki, ölkədə təhlükəli sosial obyektlər kifayət qədərdir: «Sığorta sənədi almaq 90-120 manat arasındadır, bu, qeydə alınan məbləğdir. Sığortanın qiyməti obyektin həcmindən, dəyərindən və gəlirindən asılıdır. Ən maraqlısı budur ki, bəzi iş adamları, əsasən də restoran sahibləri hətta bu qeydə alınan məbləğləri də ödəmək istəmirlər».

Kölgə iqtisadiyyatı
Kölgə iqtisadiyyatı

Kölgə iqtisadiyyatı

«Novoye Vremya» qəzetində «Kölgə iqtisadiyyatı- o var, ya yox?» sərlövhəli yazı yer alır.

Yazıda ölkədə kölgə iqtisadiyyatının həcmi Diplomlu Andlılar Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (DASMA) göstəricilərinə əsasən dəyərləndirir.

Müəllif vurğulayır ki, həmin beynəlxalq təşkilatın dəyərləndirməsinə görə, 2017-ci ildə ən iri kölgə iqtisadiyyatına malik ölkələr sırasında Azərbaycan öndə qərarlaşıb: «Tədqiqatın nəticələri göstərir ki, bu «qeyri-formal» sektorun həcmi bütün Ümumi Daxili Məhsulun (ÜDM) 67.04 faizinə bərabərdir».

Yazıda qeyd edildiyinə görə, Assosiasiya 2025-ci ilə vəziyyətin bir qədər yaxşılaşacağını, bu göstəricinin 58 faizə düşəcəyini proqnozlaşdırır.

Yazıda bildirilir ki, 2017-ci ildə ölkədə ÜDM-nin həcmi 59 milyard 987.7 milyon manat olub. Assosiasiyanın göstəricilərinə əsasən də, bunun 36 milyard manatdan çoxu kölgə iqtisadiyyatının payına düşür.

Müəllif Beynəlxalq Valyuta Fondunun da göstəricilərinə istinad edir. Yazıda bildirilir ki, bu göstəricılərə görə, kölgə iqtisadiyyatının həcmi bir qədər aşağıdır: «Bu göstəricilərə görə, 1991-2015-ci illərdə ölkədə kölgə iqtisadiyyatının orta həcmi 52.19 faiz olub. Bu da o deməkdir ki, ölkə iqtisadiyyatının yarısından çoxu «kölgə»dədir. Yəni, o həm var, həm də yox».

Müəllif vurğulayıb ki, kölgə iqtisadiyyatı korrupsiyanın qidalanma mənbəyidir. Üstəlik, korrupsiya təkcə iqtisadiyyata yox, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə ağır zərbədir.

Yazıda bildirilir ki, inkişaf etmiş ölkələrdə kölgə iqtisadiyyatı 12-16, inkişaf edən ölkələrdə 40-50 faiz həcmindədir: «Azərbaycan iqtisadiyyatının azı rəsmi, çoxu kölgə iqtisadiyyatından ibarətdir. İqtisadiyyatın məhz «kölgə» hissəsi vergiyə cəlb edilmir və ölkədə inflyasiya üçün şərait yaradır».

Biznes
Biznes

Sahibkarlığın inkişafı

«Azərbaycan» qəzetində «Sahibkarlar getdikcə daha çox sahələrə sahib çıxırlar» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, bazar iqtisadiyyatına keçid özəl sektorun formalaşmasından, özəl sektorun formalaşması isə bu sahədə hüquqi bazanın yaradılmasından asılıdır.

Yazıda iddia edilir ki, 2003-cü ildən sonra Azərbaycanda bu sahədə böyük işlər görülüb: «Hazırda qeyri-neft sektoru üzrə məhsul istehsalında və xidmətlərin göstərilməsində özəl sektorun payı 80 faizdən çoxdur. Özəl bölməyə dövlət dəstəyinin gücləndirilməsində Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müstəsna xidmətləri var».

Yazıda vurğulanır ki, son 14 ildə sahibkarlara 2 milyard manatdan çox güzəştli kredit verilib. Müəllifin fikrincə, hazırda Azərbaycanda güzəştli kreditlərdən ən çox faydalanan kiçik və orta sahibkarlardır: «Elə dünya təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlar ölkənin dinamik inkişafını təmin etməklə yanaşı, iqtisadiyyatın da dayanıqlı olmasına töhfə verirlər. Belə sahibkarlıq forması daha çevik olur, iqtisadi kataklizmlər dövründən özünü qoruya bilir, idarə edilməsi sadədir, bazarın tələblərinə, yeni şərtlərə tez uyğunlaşırlar».

Yazıda vurğulanır ki, iqtisadiyyatın inkişafında əsas məsələlərdən biri də sərmayə qoyuluşudur . Müəllif hesab edir ki, Azərbaycanda bu amilə də ciddi diqqət yetirilir.

XS
SM
MD
LG