Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:32

Sonuncu üsyançı qrup da Qutadan çıxır


Şərqi Quta, arxiv fotosu

Dəməşq yaxınlığındakı şərqi Qutadan sonuncu üsyançı qrup da çıxmaqdadır. Dövlət mediasının məlumatına görə, bu, hökumətlə razılaşma çərçivəsində gerçəkləşdirilir.

Dövlət televiziyası bildirir ki, aprelin 2-də 448 nəfərin olduğu avtobuslar Qutanın əsas şəhəri olan Dumadan çıxıb. Avtobusda Jaish al-Islam (İslam Ordusu) qruplaşmasının yaraqlıları və ailə üzvləri də olub.

Britaniyada mənzillənən Suriya İnsan haqları Təşkilatı bildirib ki, bu gün səhər onlarla avtobus Dumaya daxil olub. Onlar Türkiyə-Suriya sərhədi yaxınlığındakı ərazilərə yaxın üsyançıları daşımağa gəliblər.

Dumaya Rusiyanın dəstəklədiyi hökumət hücumuna qarşı müqavimət göstərən Jaish al-Islam qruplaşması hökumətlə razılaşmanı, hələlik, təsdiqləməyib.

Suriya ordusundakı mənbənin bildirməsinə görə, döyüşçülərdən bəziləri sövdələşməni rədd edib.

XS
SM
MD
LG