Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:06

azadliq.info bloklandı təzədən


İnternet-senzura

Bu məlumatın yayıldığı günün səhəri - aprelin 3-də Azərbaycandan yenidən azadliq.info saytına giriş mümkün olmayıb.

+++

Müxalif azadliq.info saytına artıq Azərbaycan daxilindən giriş mümkündür.

Bu məlumatı saytın redaktoru Rövşən Hacıbəyli də təsdiq edib.

Ancaq ötən il eyni vaxtda Azərbaycan daxilindən girişinə blok qoyulmuş başqa saytlar- azadliq.org (Azadlıq Radiosu), meydan.tv, «Azərbaycan saatı» və TuranTV videokanallarının saytları ilə bağlı vəziyyət dəyişməyib.

«Təəccüblüdür. Məhkəmə qərarı olmasına baxmayaraq, azadliq.info saytından blok götürülüb. Bir neçə gün öncədən başlayaraq qəzetin saytı maneəsiz açılır. Doğrusu, saytın üzərindən bloklanmanın götürülməsinin səbəb və məqsədlərini başa düşə bilmirəm. Saytın üzərindən bloklanmanın götürülməsi çox güman ki, bir həftə sonra keçiriləcək prezident seçkiləri ilə bağlıdır».

R.Hacıbəyli hesab edir ki, ölkədə beynəlxalq müşahidəçilər, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası var. Onun fikrincə, ola bilsin ki, saytla bağlı məsələni onlar hökumətin qarşısında qaldırıblar.

«Beynəlxalq müşahidəçilər ölkəni tərk edəndən sonra...»

Redaktor vurğulayıb ki, yəqin ki, beynəlxalq müşahidəçilər ölkəni tərk edəndən sonra bloklanma bərpa ediləcək.

Bu məsləyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən il martın sonundan azadlıq.org daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Rabitə Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb. Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla bir neçə sayt bloklanıb. Söhbət AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Multimedia

XS
SM
MD
LG