Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 10:11

Fransanın cənubunda azərbaycanlı öldürülüb


Rahim Namazov

Fransanın cənubundakı Tuluza şəhəri yaxınlığında bir silahlı mühacirətdə yaşayan azərbaycanlını güllələyərək ağır yaralayıb. “Reuters” informasiya agentliyi polisdəki mənbəyə istinadla hücuma məruz qalanın jurnalist olduğunu yazır.

Rahim Namazov Azərbaycandan Fransaya 2010-cu ildə gedib. Ötən ilin dekabrında YouTube-da yerləşdirdiyi videoda o, Azərbaycan ordusundan əsgərlərə qarşı davranışdan yazdığına görə həbs olunduğunu bildirib.

“Rahim Namazov ölkəsində işgəncəyə məruz qalıb və həbs olunub. O, Fransada siyasi qaçqındır”, – hadisənin baş verdiyi Kolomye şəhərinin meri Karine Michelet-Traval “La Depeche” qəzetinə deyib.

Bunun hesablaşmadan başqa bir şey olması ağıla gəlmir”, – o əlavə edib.

Michelet-Traval-ın qəzetə bildirməsinə görə, atışma zamanı Namazovun həyat yoldaşı öldürülüb. Yerli prokurorun saat 4-də bəyanat verəcəyi gözlənir.

Azərbaycanın bəzi media orqanları isə Namazovun kriminal avtoritetlərlə əlaqələrinin olduğunu yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG