Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 12:10

İsrail tankının atəşindən fələstinli fermer ölüb


Qəzza, 30 mart, 2018-ci il

Martın 30-da İsrail tankının açdığı atəşdən bir fermer həlak olub, bir nəfərsə yaralanıb. Bu arada fələstinlilər İsraillə sərhəddə etirazlar planlaşdırırlar.

İsrail ordusu məsələni şərh etməyib, detalların araşdırıldığını bildirib. Qəzzanın səhiyyə nazirliyinin sözçüsü isə hadisənin Xan Yunis şəhəri yaxınlığında baş verdiyini bildirib.

Qəzza zolağındakı fələstinlilər İsraillə sərhəd yaxınlığında çadır quraraq altı həftəlik etiraz aksiyası planlaşdırırlar. Onlar fələstinli qaçqınların hazırda İsrail ərazisi sayılan torpaqlara qayıtmasını tələb edirlər. İsrail əsgərləri isə sərhəd boyunca ayıq-sayıqlığı gücləndirib.

Etiraz aksiyasını Qəzza zolağına nəzarət edən Hamas islamçı yaraqlı qruplaşması çağırıb.

Hamas aksiyanın dinc keçiriləcəyini bildirib. İsrail ordusunun baş sözçüsü, briqada generalı Ronen Manelis də İsrailin zorakılıq istəmədiyini açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG