Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:41

Sessions indilik ikinci xüsusi prokuror təyin etməyəcək


Jeff Sessions
Jeff Sessions

Federal Təhqiqat Bürosunun (FTB) Rusiya istintaqında qərəzə yol verməsi iddialarına araşdırmağa ikinci xüsusi prokuror indilik təyin olunmayacaq. Bu bəyanatla ABŞ-ın baş prokuroru Jeff Sessions çıxış edib. FTB-ylə bağlı, eləcə də digər iddiaları respublikaçılar səsləndiriblər.

Martın 29-da Konqresdə üç respublikaçı komitə liderinə məktubunda Sessions deyib ki, Yuta ştatının prokuroru John Huber-ə belə bir təyinata lüzum olub-olmadığını araşdırmaq göstərişi verib.

Huberi-i vəzifəyə keçmiş prezident Barack Obama gətirib, indiki prezident Donald Trump onu yenidən təyin edib. Sessions deyib ki, o, respublikaçıların narahatlığını “tam, hərtərəfli və obyektiv dəyərləndirəcək” və tövsiyələrini təqdim edəcək.

Respublikaçı konqresmenlər FTB-nin daha çox siyasi yüklü istintaqlarıyla bağlı çoxsaylı iddialar səsləndiriblər, onları araşdırmağa xüsusi müşavir təyin olunmasını istəyiblər.

Bu yaxınlarda onlar tələb ediblər ki, Ədliyyə Departamenti və FTB əməkdaşlarının demokratların keçmiş namizədi Hillary Clinton-un şəxsi emal serverindən istifadəsinə dair təhqiqatı birtərəfli aparması araşdırılsın.

Demokratların fikrincə, bu iddiaların məqsədi xüsusi müşavir Robert Mueller-in “Rusiya istintaqı”na zərbə vurmaqdır. Mueller Rusiyanın 2016-cı il prezident seçkisinə iddia olunan müdaxilə cəhdlərini araşdırır.

XS
SM
MD
LG